Heqset: ABŞ bütün dünyada Çini cilovlayır

24-04-2025, 12:14           
Heqset: ABŞ bütün dünyada Çini cilovlayır
“ABŞ müttəfiqlərinin və tərəfdaşlarının köməyi ilə Çini bütün dünyada cilovlayır.”

APA xəbər verir ki, bunu ABŞ Pentaqon rəhbəri Pit Heqset deyib.

"Biz Hind-Sakit okeanda və bütün dünyada kommunist Çini cilovlayırıq.", - deyə o bildirib.

Heqset həmçinin onu da əlavə edib ki, ABŞ bu bölgəyə sülh gətirmək üçün digər gücləri təşviq edir.

Heqsetin sözlərinə görə, regional güclər ya amerikalılarla, ya da kommunist Çinlə birlikdə olmaq seçimi qarşısındadır.

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Çinin bütün istiqamətlərdə ABŞ üçün bir nömrəli təhdid olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru