Rusiyada erməniəsilli deputata qarşı cinayət işi qaldırıldı

1-05-2025, 08:46           
Rusiyada erməniəsilli deputata qarşı cinayət işi qaldırıldı
Rusiyanın Perm diyarının Osinsk Şəhər Dumasının deputatı və "Realnıye patsanı" serialının erməniəsilli aktyoru Armen Bejanyana qarşı yeraltı sərvətlərin mühafizəsi və istifadəsi qaydalarının pozulması maddəsi üzrə cinayət işi qaldırılıb.

"Baza" "Telegram" kanalı xəbər verir ki, Perm diyarının İstintaq Komitəsi aktyorun 140 milyon rubl (təqribən 290 min manat - red.) məbləğində zərərə yol açan hərəkətlərə yol verdiyini müəyyənləşdirib.

O, təqsirkar bilinərsə, onu 200 min rubla (təqribən dörd min manat) qədər cərimə və ya iki ilə qədər islah işləri gözləyə bilər.

Eyni zamanda, iş adamı olan Bejanyan bir neçə şirkətə rəhbərlik edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru