BƏƏ-də Trampa dövlət ordeni verildi

Bu gün, 12:39           
BƏƏ-də Trampa dövlət ordeni verildi
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ABŞ Prezidenti Donald Trampa dövlət ordeni təqdim edilib.

Oxu.Az "Yeni Şafak" qəzetinə istinadla xəbər verir ki, ordeni ona BƏƏ-nin dövlət başçısı Məhəmməd bin Zayed Al Nəhyan təqdim edib.

Bildirilir ki, ABŞ liderinə mükafat BƏƏ və ABŞ arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrini gücləndirmək üçün göstərdiyi səylərə görə verilib.

Qeyd edək ki, D.Tramp Yaxın Şərqə turnesi çərçivəsində BƏƏ-yə səfər edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.