Əsrin Günəş tutulması: Dünya 6 dəqiqə qaranlığa qərq olacaq

24-07-2025, 17:24           
Əsrin Günəş tutulması: Dünya 6 dəqiqə qaranlığa qərq olacaq
2027-ci il avqustun 2-də Yer əsrin ən böyük kölgəsinə qərq olacaq - altı dəqiqədən çox davam edən tam Günəş tutulması Avropa, Afrika və Yaxın Şərqin bəzi hissələrini əhatə edəcək.
TEREF Lent.az-a istinadla bildirir ki, 2027-ci il avqustun 2-də planet 21-ci əsrin ən təəccüblü astronomik hadisələrindən birini - 6 dəqiqə 22 saniyəyə qədər davam edəcək tam Günəş tutulmasını yaşayacaq. Bu, 2009-cu ildən 2114-cü ilə qədər quruda ən uzun tutulmadır. Hadisə artıq qeyri-rəsmi ad alıb - "Böyük Şimali Afrika Tutulması".

Tutulma Avropanın cənubundan, Şimali Afrikadan və Yaxın Şərqdən görünəcək, ən yaxşı baxış şəraiti Misirin Luksor şəhərində müşahidə ediləcək və burada müşahidəçilər tutulmanın ən uzun müddətini görəcəklər.

Tutulma marşrutu: harada və nə vaxt izləmək lazımdır

Tutulma Şimali Atlantikada başlayacaq, daha sonra İspaniyanın cənubundan, Cəbəllütariq, Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, Səudiyyə Ərəbistanı və Yəməndən keçərək Hind okeanında sona çatacaq. Ümumilikdə hadisəni təxminən 89 milyon insan görəcək.

Ən yaxşı müşahidə nöqtələri:

• Luksor, Misir - 6 dəqiqə 20 saniyə tutulma;

• Sfaks, Tunis - 5 dəqiqə 41 saniyə tutulma;

• Kadis və Tarifa, İspaniya - 4 dəqiqə 39 saniyəyə qədər tutulma, quruda ilk kölgə toxunuşu.

Unikal müddət tutulma zamanı Ayın Yerə yaxın olması, eləcə də hadisənin ekvatorun yaxınlığında - Ayın kölgəsinin Yer səthinin daha geniş hissəsini əhatə etdiyi yerdə baş verməsi ilə izah olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru