NATO qırıcıları Rusiya təyyarələrinə hücuma keçdi: Latviya ilə sərhəddə İNSİDENT

Bu gün, 08:34           
NATO qırıcıları Rusiya təyyarələrinə hücuma keçdi: Latviya ilə sərhəddə İNSİDENT
NATO-nun Baltik Hava Polisi missiyası çərçivəsində Macarıstanın JAS-39 Gripen qırıcıları Latviya sərhədinə yaxın beş Rusiya hərbi təyyarəsinin qarşısını almaq üçün havaya qalxıb.

Hadisə Baltik dənizi üzərində, Latviya sahilləri yaxınlığında baş verib.

Qərb mənbələrinin məlumatına görə, Rusiya təyyarələrinin beynəlxalq uçuş qaydalarına əməl edib-etmədiyi hələ dəqiqləşdirilməyib.

Litvanın Şyaulyai Hava Bazasında yerləşdirilən Macarıstan qırıcıları təyyarələri vizual olaraq müəyyənləşdirib və onlar NATO məsuliyyət zonası tərk edənədək müşayiət ediblər.

Məlumata görə, macar pilotlar Rusiya təyyarələrini hədəfə alıblar ki, bu da hadisənin ciddiliyini göstərir. Bu, son bir həftədə qeydə alınan ikinci oxşar insidentdir.

Qeyd edək ki, sentyabrın 23-də də Rusiya təyyarəsi Litva sərhədi yaxınlığında müşayiət edildikdən sonra kursunu dəyişmişdi./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru