ABŞ nüvə zərbəsi endirməyə hazırlaşır: Tarix açıqlandı

Bu gün, 09:14           
ABŞ nüvə zərbəsi endirməyə hazırlaşır: Tarix açıqlandı
2024-cü ildə kəşf edilən “2024 YR4” adlı asteroidin 22 dekabr 2032 tarixində Aya toqquşma ehtimalı təxminən 4%-dir.

TEREF xəbər verir ki, bu barədə beynəlxalq alimlər qrupu “arXiv” saytında dərc etdiyi araşdırmada bildirilib. Araşdırmanın müəllifləri arasında NASA mütəxəssislərinin də olduğu bildirilir.

Bunun qarşısını almaq üçün bir neçə variant təklif olunur. Birincisi, asteroidin orbitini dəyişdirmək və bununla da onun trayektoriyasını dəyişməkdir. Bu, toqquşmadan qaçmaq üçün 100% şans olardı, lakin bu ssenari risk daşıyır. Çünki mütəxəssislər obyektin dəqiq kütləsini bilmirlər, ona görə də Ay ilə toqquşmanın qarşısını almaq əvəzinə onu təsadüfən Yerə doğru göndərə bilərlər.

Digər variant isə asteroidi nüvə partlayışı ilə məhv etməkdir. Buna nail olmaq üçün bir meqatonluq bomba kifayət edər. Tədqiqat qeyd edir ki, bomba asteroidin səthindən təhlükəsiz yüksəklikdə partladıla bilər. Qeyd olunub ki, ABŞ bu barədə planlar hazırlayır.//Globalinffo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru