İspaniya La Liqası: "Barselona" əzmkar qələbə qazandı Bu gün, 09:22 İspaniya La Liqasının altıncı turunun son oyunları çərçivəsində "Ovyedo" və "Barselona" qarşılaşması keçirilib.Oxu.Az bildirir ki, matç Kataloniya təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:3.Baxmayaraq ki, ev sahibləri Alberto Reynanın qolu ilə hesabı açsalar da, yekunda məğlub olublar.Erik Qarsiya, Robert Levandovski və Ronald Arauxonun qolları sayəsində "Barselona" səfərdən üç xalla qayıdır. Facebook-da paylaş