Avropada yayılan xəbər Rusiyada vahimə yaratdı: “Vurmağa hazırlaşırlar”
Bu gün, 08:14
Avropa diplomatları Moskvada keçirilən qapalı görüşlərdə Kremlə açıq şəkildə xəbərdarlıq ediblər ki, NATO ölkələrinin hava məkanının hər hansı növbəti pozuntusu ciddi cavabla nəticələnə bilər.
Bu barədə “Bloomberg” məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, növbəti bu kimi hadisələrdə Rusiya təyyarələrinin vurulması variantı istisna edilmir.
Xəbərdə vurğulanır ki, Böyük Britaniya, Fransa və Almaniyadan olan nümayəndələr son günlər Estoniya hava məkanına üç MiQ-31 qırıcısının daxil olması ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
“Avropalı diplomatlar bu həftə Kremlə xəbərdarlıq ediblər ki, NATO ölkəsinin hava məkanının növbəti pozuntularına tam gücü ilə, o cümlədən Rusiya təyyarəsini vurmaqla cavab verməyə hazırdır. Artıq hazırlıq görülüb və Rusiyanın növbəti addımları gözlənilir”, – nəşr yazıb.
Estoniya artıq NATO-nun Nizamnaməsinin 4-cü maddəsinə istinad edərək, müttəfiqləri ilə məsləhətləşmələr aparmaq üçün müraciət edib.//Globalinfo.az