Türkiyə ABŞ ilə nüvə enerjisi sahəsində əməkdaşlıq memorandumu imzaladı
Bu gün, 10:14
ABŞ və Türkiyə strateji mülki nüvə əməkdaşlığına dair anlaşma memorandumu imzalayıblar.
TEREF xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar məlumat verib.
"Biz Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində çoxşaxəli tərəfdaşlığı daha da dərinləşdirəcək yeni bir prosesə başladıq. Görüşün sonunda liderlərin və ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə strateji mülki nüvə əməkdaşlığına dair anlaşma memorandumu imzaladıq. Ümid edirəm ki, bu razılaşma çərçivəsində görülən işlər hər iki ölkə üçün fayda verəcək", - nazir H.Bayraktar əlavə edib.
Memorandum Türkiyə və ABŞ liderləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında danışıqların aparıldığı Ağ Evdə imzalanıb./Teleqraf