Alimlərdən maraqlı kəşf: Ay Yerdən əsən "külək" səbəbindən paslanır

Bu gün, 16:28           
Alimlərdən maraqlı kəşf: Ay Yerdən əsən "külək" səbəbindən paslanır
Çin alimlərinin apardığı eksperiment göstərib ki, Ay Yerdən əsən "küləyin" təsirindən paslanır.

Makao Elm və Texnologiya Universitetinin bununla bağlı tədqiqatı "Geophysical Research Letters" jurnalında dərc olunub.

Məlum olub ki, Yerdən Aya daşınan oksigen hissəcikləri Ay mineralları ilə reaksiyaya girərək onları hematitə - yəni pas kimi tanınan maddəyə çevirə bilir.

Alimlərin izahına görə, həm Yer, həm də Ay günün böyük hissəsində Günəşdən gələn yüklü hissəciklərin axınına məruz qalırlar. Lakin hər ay təxminən beş gün ərzində - bədirlənmiş Ay zamanı - Yer Günəşlə Ay arasında yerləşərək bu axının böyük hissəsini bloklayır. Bu müddətdə Ay, Yer atmosferindən kosmosa çıxan hissəciklərin təsiri altına düşür.

Bu "Yer küləyi" adlandırılan axında hidrogen, oksigen və azotun ionları mövcuddur. Onlar Ay torpağının səth qatına daxil olaraq kimyəvi reaksiyalar törədir.

Xatırladaq ki, 2020-ci ildə Hindistanın "Chandrayaan-1" missiyası Ayın qütbləri yaxınlığında hematit aşkar etmişdi. Halbuki Ayın mühiti oksigenin mövcudluğuna imkan vermir. Bu səbəbdən elm adamları hematit üçün lazım olan oksigenin Yer küləyi vasitəsilə daşına biləcəyi qənaətinə gəlmişdilər.

Son eksperimentlər bu nəzəriyyəni təsdiqləyib: Ay minerallarının yüksəkenerjili oksigenlə bombardmanı nəticəsində hematit əmələ gəlib, hidrogenlə təmasda isə qismən yenidən dəmirə çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru