Stokholm marafonunun qalibi 30 yaşında öldü Bu gün, 10:28 2025-ci il Stokholm marafonunun qalibi olan efiopiyalı qaçışçı Şevarqe Alene 30 yaşında vəfat edib.Oxu.Az bu barədə "Matç TV" telekanalına istinadən xəbər verir.Bildirilir ki, idmançı Əddis-Əbəbədə məşq zamanı özünü pis hiss edib. Qaçışçı xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyiblər.Alene İsveçdəki yarışı mayın sonunda qazanıb. İdmançı 42 km 195 m məsafəni 2 saat 30 dəqiqə 38 saniyəyə qət edib. Facebook-da paylaş