Yamaldan Qaviyə dəstək

Bu gün, 16:44           
Yamaldan Qaviyə dəstək
“Barselona”nın futbolçusu Lamin Yamal komanda yoldaşı Qaviyə dəstək olub.

QOL.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazaraq ispaniyalı yarımmüdafiəçi ilə birgə fotosunu paylaşıb.

“Döyüşçüm, qətiyyən şübhəm yoxdur ki, əvvəlki kimi güclü qayıdacaqsan. Səni heç nə dayandıra bilməz. Hamımız səni gözləyirik. Çox güc arzulayıram. Səni sevirəm”.

Xatırladaq ki, Qavi avqustun əvvəlində zədələnmişdi. 21 yaşlı oyunçunun menisk əməliyyatından sonra 4-5 ay yaşıl meydanlardan kənarda qalacağı və ən tez fevralda geri dönəcəyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru