Sakinləri kirayələrdə "süründürən" tikinti şirkəti: Bina beş ildir niyə təhvil verilmir?

Bu gün, 16:18           
Sakinləri kirayələrdə "süründürən" tikinti şirkəti:
Bakı şəhəri, 5-ci mikrorayon, 20 Yanvar küçəsi, 3005-ci məhəllədə "Şərq İnşaat" MMC tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisi artıq beş ildir başa çatmır.

Baku TV-yə müraciət edən sakinlər bildiriblər ki, iki blokdan ibarət bina əsas beton konstruksiyası hazır olsa da, hələ də təhvil verilməyib.

Sakinlər deyiblər ki, layihəyə görə hər iki binada ümumilikdə 147 mənzil tikilməlidir. Onlardan 30-u ərazidəki qəzalı binanın sökülməsi nəticəsində evsiz qalan sakinlər üçün nəzərdə tutulub. Lakin illərdir sakinlər kirayədə qalır, yüksək kirayə xərcləri ilə üzləşirlər.

Vətəndaşların sölərinə görə, ilkin olaraq mənzilləri kreditlə alıblar və bütün ödənişlərini həyata keçiriblər. Lakin artıq beş ilə yaxındır ki, mənzillərinə köçə bilmirlər.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru