Tramp Vaşinqtonda ölüm hökmünün tətbiqi ilə bağlı fərman imzalayıb

Bu gün, 08:24           
Tramp Vaşinqtonda ölüm hökmünün tətbiqi ilə bağlı fərman imzalayıb
ABŞ prezidenti Donald Tramp Vaşinqtonda törədilmiş ağır cinayətlər üçün ölüm hökmünün tətbiqi ilə bağlı fərman imzalayıb.

APA xəbər verir ki, bu haqda Oval Ofisdən aparılan canlı yayımda məlumat verilib.

Bu tədbir ABŞ ştatı olmayan Kolumbiya dairəsində həyata keçiriləcək. Paytaxt rəsmi olaraq ABŞ Konqresi tərəfindən idarə olunur.

Qeyd edək ki, ABŞ-nin merika qeyri-kommersiya təşkilatı “Death Penalty Information Center”in məlumatına görə, 1973-cü ildən bəri ABŞ-da edama məhkum edilmiş 200 nəfər bəraət qazanıb, onlardan 108-i qaradərili olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru