Qonşu ölkədə seçkilər

Bu gün, 09:41           
Qonşu ölkədə seçkilər
Gürcüstanda bələdiyyə seçkilərinin keçirilməsinə start verilib.
Ajans.az xəbər verir ki, saat 08:00-dan etibarən ölkə üzrə 3 061 seçki məntəqəsində səsvermə prosesi başlayıb.

12 siyasi partiyanın iştirak etdiyi seçkilərdə növbəti dörd il üçün Tiflis də daxil olmaqla, 64 şəhər və rayon üzrə mer və 2 085 bələdiyyə üzvü seçiləcək.

Məntəqələrin 2 284-də səsvermə elektron, 777-sində isə ənənəvi qaydada keçiriləcək. Seçicilərin ümumi sayı 3 513 818 nəfər təşkil edir ki, onların 3 130 348 nəfəri elektron avadanlıqlardan istifadə etməklə səs verəcək.

Prosesi 28 beynəlxalq, 27 yerli müşahidə təşkilatı izləyəcək, 73 yerli və xarici KİV-i təmsil edən minə yaxın nümayəndə işıqlandıracaq.

Seçki məntəqələri saat 20:00-da bağlanacaq və səslərin hesablanmasına başlanılacaq. İlkin nəticələrin səsvermənin başa çatmasından bir neçə saat sonra açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına son seçkilər 2021-ci ilin oktyabrın 2-də baş tutub. Seçkilərdə hakim “Gürcü Arzusu” partiyası 46,69% səslə qalib gəlib. Oktyabrın 30-da Tbilisi də daxil olmaqla 5 iri şəhərdə və 15 bələdiyyədə ikinci tur keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru