HƏMAS Trampın Qəzza ilə bağlı planına cavab verdi

Bu gün, 10:18           
HƏMAS Trampın Qəzza ilə bağlı planına cavab verdi
Fələstinin HƏMAS hərəkatı ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin nizamlanması üzrə hazırladığı plana cavabını vasitəçilərə ötürüb.

Bu barədə hərəkatın "Telegram" kanalında məlumat verilir.

Məlumata görə, HƏMAS anklavda saxlanılan bütün israilli girovları azad etməyə və ölən girovların isə cəsədlərini verməyə hazırdır.

Hərəkat üzvləri qeyd ediblər ki, bu məsələni müzakirə etmək üçün vasitəçilərin köməyilə dərhal danışıqlara başlamağa hazırdırlar.

Bundan başqa, HƏMAS Qəzza zolağının idarəçiliyini müstəqil hökumət orqanına ötürməyə razıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru