"Azercell" istifadəçiləri kontur oğurluğundan ŞİKAYƏT EDİR - "Şikayət etmək mənasızdı..."

Bu gün, 11:26           
"Azercell" istifadəçiləri kontur oğurluğundan ŞİKAYƏT EDİR -
Sosial şəbəkələrdə Azercell istifadəçiləri konturlarının oğurlanması və balansdan icazəsiz pul çıxılması ilə bağlı narazılıqlarını paylaşıblar.

32gun.az xəbər verir ki,İstifadəçi Sara Kazimova öz təcrübəsini bölüşərək bildirib ki, balansdan pul naməlum şəkildə çıxıb. Onun paylaşımına digər istifadəçilər belə cavab veriblər:

"Onun bir yolu var, bir tarif seçin misal üçün 10 manatlıq, 20 manatlıq, daxil olan dəqiqə və GB. Əlavə balansa pul yükləməyin. Yalnız ayda bir dəfə tarif yeniləmək vaxtı çatanda pulu yükləyin, tarifə bir gün qalmış belə balansa pul vurmayın. Mən belə edirəm, ən yaxşı yolu budur. Şikayət etmək mənasızdı. Baxmırlar. Mən etmişəm.”

“Deyirlər ki, müqavilə var, orda qeyd edilib operator dəyişiklik edə bilər tariflərə. İstəsəniz nömrəni digər operatora daşıya bilərsiniz.”

“Gözgünün qabağında durun, özünüzə şikayət edin… gedib nömrə almışam, işlənmiş nömrə satıblar mənə.”

Müştərilər bildirirlər ki, operatora şikayət etmək çətinlik yaradır və balansdan naməlum çıxış halları ilə bağlı real həll tapmaq çətindir.

Bu şikayətlər sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru