Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Tağıyev" filminin üçüncü hissəsinin təqdimat mərasimi keçirilib

Bu gün, 11:24           
Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Tağıyev" filminin üçüncü hissəsinin təqdimat mərasimi keçirilib
Nizami Kino Mərkəzində Hacı Zeynalabdin Tağıyevin həyatından bəhs edən "Tağıyev" filminin üçüncü hissəsinin təqdimat mərasimi baş tutub.

TEREF APA-ya istinadən xəbər verir ki, təqdimatda Bakı Media Mərkəzin rəhbəri Arzu Əliyeva, prezidentin köməkçisi Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli ölkənin mədəni-ictimai və siyasi xadimləri, tanınmış kino xadimləri və media nümayəndələri iştirak ediblər.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı isə Etibar Əsədlidir.

Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru