Səhiyyə nazirliyi: Qahirədə terror nəticəsində 23 nəfər ölüb, 49 nəfər yaralanıb

12-12-2016, 00:56           
Səhiyyə nazirliyi: Qahirədə terror nəticəsində 23 nəfər ölüb, 49 nəfər yaralanıb
Qahirənin Abbasiyə rayonunda kopt kilsəsində törədilən partlayış nəticəsində 23 nəfər ölüb, 49 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Misir Səhiyyə nazirliyinin məlumatında bildirilir.

Bundan əvvəl müxtəlif KİV-lər 28 nəfərin öldüyünü, 70 nəfərin yaralandığını bildirirdilər.

Misir prezidenti Əbdülfəttah əs-Sis terror aktı ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.

Qeyd edək ki, xristan koptlar Misir əhalisinin 10 faizini təşkil edir. Təkcə Qahirədə 163 kopt kilsəsi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru