Hələb tamamilə azad olunub: Xalq bayram edir - VİDEO
13-12-2016, 11:29

FaktXəbər-in "Voennoe obozreniye"yə istinadla verdiyi məlumata görə, Suriyanın Hələb şəhəri terrorçuların əlindən tamamilə azad olunub. Terrorçuların bu şəhərdə axırıncı sığınacağı Firdovs məhəlləsi idi. Bu məhəllə də azad olunandan sonra minlərlə sakin küçələrə çıxaraq bayram edib.
[media=https://www.youtube.com/watch?v=ez28oy1CxxA]
Sosial şəbəkələrdə SƏR bayrağı altında sevinclərini göstərək dinc sakinlər barədə onlarla yazı paylaşılıb.
Straight outta victorious #Aleppo, ecstatic Syrians continue celebrating this historic triumph.
— Sarah Abdallah (@sahouraxo) 12 декабря 2016 г.
Tomorrow Palmyra, Raqqa and Idlib!#Syria pic.twitter.com/OGkqsht4eo
Bu, növbəti dəfə «Cəbhət ən-Nusra»nın arxasında durduğu «mülayim müxalifət»in xalq tərəfindən dəstəkləndiyi barədə söylənənlər sadəcə Qərb mətbuatında doğulan və son zamanlar mediaortamda inadkarlıqla irəliləməyə çalışan mifdir.
Suriya prezidenti və SƏR Ali Baş komandanı Bəşşar Əsəd komandirləri şəxsən təbrik edib.
#SONDAKIKA- Başkomutan Esad Suriye Ordusunun Halep zaferini bizzat tebrik etti !
— Haber-SİZ (@_habersiz) 12 декабря 2016 г.
#AleppoVictory #SyrianArmy #Syria pic.twitter.com/GaundDmcWn
Hələbin tamamilə azad olunması barədə xəbər yayılan kimi Qərb təbliğat maşını işə düşüb: Amerika, Britaniya və digər Qərb KİV-ləri «Suriya ordusunun vəhşilikləri» barədə məlumatlar yaymağa başladılar. «Voennoe obozreniye» bunu sovet ordusunun Almaniyaya girərkən gebbel təbliğatının «qırmızı ordunun vəhşilikləri» və «minlərlə təcavüzə məruz qalan al man qadınları» barədə yazıları ilə müqayisə edib.
#Aleppo is liberated! People are in the streets celebrating the end of nearly 5 years of terror. Dancing, chanting and tears of joy! #Syria pic.twitter.com/145WdD4RcH
— Sarah Abdallah (@sahouraxo) 12 декабря 2016 г.
Qeyd edək ki, BMT-nin Baş Katibi Pan Ki Mun da Qərb mediasından geri qəlmayıb. Belə ki, o "Suriya ordusunun Hələb şəhərində qəddarlığı ilə bağlı narahatlığını" ifadə edib. Qəribədir ki, Hələb tamamilə terrorçuların nəzarətində olduğu müddətdə Pan ki Mun bir dəfə də olsun öz narahatlığını bəyan etməmişdi.