Rusiyada azərbaycanlı həbsxana işçisi güllələnib

13-12-2016, 15:51           
Rusiyada azərbaycanlı həbsxana işçisi güllələnib
Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində əslən Azərbaycandan olan şəxs güllələnərək öldürülüb.

APA-nın məlumatına görə, Rusiya Federasiyası vətəndaşı, 1989-cu il təvəllüdlü, Dağıstanda cəzaçəkmə müəssisələrinin birində nəzarətçi işləyən Vəliyev Məhəmməd Ağakərim oğlu Dağıstanın Xasavyurd rayonunda yaşayıb.

Əslən Azərbaycanın Qusar rayonundan olan M. Vəliyev internetdə avtomobil elanı verən zaman Mahaçqala sakini ilə mübahisəsi yaranıb, etnik zəmində təhqir olunub. Onlar mübahisəni görüşərək həll etməyə qərar veriblər. Dekabrın 11-də Mahaçqala ətrafı qəsəbələrdən birinə təyin olunan görüşə M. Vəliyev tək, qarşı tərəf isə dəstə halında gəlib. Mübahisə əlbəyaxa davaya keçib, dəstə üzvləri azərbaycanlı gənci əvvəlcə bərk döyüblər və sonra tapança ilə öldürüblər. Ona 5 dəfə atəş açılıb.

Hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır, hadisəni törədənlər axtarılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru