Donald Tramp ABŞ-ın yeni dövlət katibinin adını açıqlayıb

13-12-2016, 17:17           
Donald Tramp ABŞ-ın yeni dövlət katibinin adını açıqlayıb
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp ölkənin dövlət katibinin adını açıqlayıb.

"Report" "CBS News"a istinadən xəbər verir ki, D.Tramp bu vəzifəyə ABŞ-ın ən böyük neft şirkəti olan "ExxonMobil"in rəhbəri Reks Tillersonun namizədliyini irəli sürüb.

Gələcək hökumətdə əsas vəzifələrdən biri sayılan dövlət katibi postuna namizədlərin müzakirəsi ABŞ-da bir neçə həftədir davam edirdi.

R.Tillerson ötən həftə ərzində iki dəfə D.Trampla görüşüb. O, Moskva ilə daha sıx əlaqələrin tərəfdarı kimi tanınır. Üstəlik, 2012-ci ildə R.Tillerson Rusiya prezidenti Vladimir Putindən "Dostluq" ordeni alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru