Trampa növbəti zərbə Apellyasiya Məhkəməsindən gəldi

5-02-2017, 18:23           
Trampa növbəti zərbə Apellyasiya Məhkəməsindən gəldi
ABŞ prezidentinin miqrantlarla bağlı qərarı bu dəfə də sözügedən instansiyadan geri qaytarıldı

ABŞ-da Apellyasiya Məhkəməsi Tramp hakimiyyətinin 7 ölkəyə tətbiq etdiyi viza qadağasının davam etdirilməsi ilə bağlı tələbini rədd edib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə bu qadağanın dayandırılması ilə bağlı qərarın yerində verildiyini iddia edərək, Tramp hakimiyyətinin bu qadağanın yenidən tətbiqi ilə bağlı tələbinin yersiz olduğunu bildirib.

Ədliyyə Nazirliyi isə Apellyasiya Məhkəməsinin hökmünə bazar ertəsi gününə qədər cavab vermək hüququna malikdir.

Xatırladaq ki, nazirlik Vaşinqton ştatı, Sietl şəhərinin federal hakiminin Trampın 7 müsəlman ölkəsinə tətbiq etdiyi viza və ölkəyə giriş qadağasını təxirə salan qərarı ilə bağlı apellyasiya şikayəti vermişdi.

Hakim Robartın cümə günü verdiyi qərar hakimiyyət düşərgəsində də etirazla qarşılanmışdı. Ağ Ev yazılı açıqlama ilə qərarı tənqid edərkən, şənbə sabahı Tramp Tvitter hesabı vasitəsilə bu olayı “gülünc” adlandırmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.