ABŞ birinci ledisi məhkəməni uduzub

5-02-2017, 18:55           

“The İndependent” yazır ki, ABŞ-ın birinci ledisi Melania Trump-ın “The Daily Mail” qəzetinə qarşı böhtana görə 150 milyon dollarlıq təzminat iddiası ABŞ-da dairə məhkəməsi tərəfindən rədd edilib.

Birinci ledi Britaniya qəzetinə qarşı iddianı “The Mail” və onun internet versiyası Melania Trump-ın bir vaxtlar bahalı eskort kimi işləməsindən və hətta buna görə əsəb sarsıntısı keçirdiyindən yazmışdı.

Lakin Maryland hakimi bu iddianı rədd edərək bildirib ki, onun xarici şirkətlə bağlı məsələyə baxmaq səlahiyyəti yoxdur.

Buzzfeed News saytının yazdığına görə xanım Trump-ın vəkilləri buna etiraz olaraq bildiriblər ki, “The Mail” qəzetinin internet versiyasına təkcə Maryland ştatında bir saatda 4600 və bir gün ərzində 72600 baxış olur.

Lakin qəzetin vəkilləri bildiriblər ki, Londonun Kensington rayonunda yerləşən məcmuənin Maryland ştatı ilə heç bir əlaqəsi yoxdur.

“The İndependent” yazır ki, xanım Trump-ın vəkilləri məsələ ilə bağlı New York məhkəməsinə müraciət edəcəklərini deyiblər. Mail Online internet qəzetinin bu şəhərdə ofisi var.

Lakin Maryland-də yaşayan bloger Griffin Tarpley-in Tarpley.net saytında dərc olunmuş məqaləsi ilə bağlı məhkəmə prosesinin başlanacağı bildirilir.

“The Mail” Melania Trump-ın şikayətindən sonra məqaləni saytından silmiş və tam bəyanat dərc etmişdi.

Sözü gedən məqalədə Slovenia jurnallarından birində dərc olunmuş məqaləyə istinad edilirdi.

Həmin məqalənin başlığı belə idi: “Arvadının intim fotoları və onun keçmişinə dair xatalı suallar Trump-ın kampaniyasını poza bilər”.

Sloveniyada doğulmuş və 1990-cı illərdə ABŞ-a köçmüş Melania Trump 2005-ci ildə 70 yaşlı mülkiyyət inşaatçısı-maqnata ərə gedib.

46 yaşlı birinci ledi onun haqqında yazılanların “100 faiz yalan” olduğunu bildirib.

(bbc azəri)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.