Separatçılar qorxuda: Ordu cəbhə zonasına yeridildi

6-02-2017, 08:13           
Separatçılar qorxuda: Ordu cəbhə zonasına yeridildi
Ukrayna Donbas ərtafına ordu toplayır.

Axar.az xəbər verir ki, bu barədə Donbas separatçılarının operativ komandanlığının rəis müavini Eduard Basurin məlumat yayıb. Onun sözlərinə görə, Ukrayna ordusu bütün cəbhə boyu hücuma keçməyə hazırlaşır.

“Volnovaxi rayonuna Ukrayna Milli Qvardiyasının hissələri yerləşdirilib. Mərasimdə təhlükəsizliyin təmini adı ilə Donetsk və Mariupol istiqamətində artilleriya alayı göndərilib, həmçinin Krım səmtinə Ukrayna Silahlı Qüvvələrinin mexaniki briqadası yönəldilib. Bundan əlavə, 92-ci briqadanın bütün heyəti Xarkovdan “anti-terror əməliyyatı” adı ilə sözügedən əraziyə gəlir”, - Basurin bildirib.

Onun sözlərinə görə, məşhur “Azov” batalyonunun 3 bölməsi Urzufadan Mariupola göndərilib.

“Əldə edilən bütün bu informasiyalar Ukrayna Silahlı Qüvvələrinin bütün cəbhə boyu böyük hücuma hazırlaşdığını bildirir”, - Basurin vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru