Ana “kişi” oldu, oğlu “qız”

6-02-2017, 08:16           
Ana “kişi” oldu, oğlu “qız”
15 yaşlı amerikalı Kori Meyson oğlan kimi dünyaya gəlsə də, 10 yaşına çatanda oğlan kimi yaşamağın ona maraqlı gəlmədiyini deyib.

Onun bu problemini həll etmək üçün sözügedən sahə üzrə ixtisaslaşmış həkimlərə, klinikalara aparıblar. Bunun həm psixoloji, həm fizioloji proses olduğu qənaətinə varan həkimlər valideynlərin də razılığı ilə uşağın cinsiyyətini dəyişdiriblər. Amma hadisədən 4 il sonra uşağın anası da qərar verib ki, həyatı boyu başqa bədəndə yaşayıb. Bununla da onlar dünyadakı birinci transgender ailə olublar. 2015-ci ildə ana Kori ərinə etiraf edib ki, onun dəhşətli bir sirri var. Bu sirr də ondan ibarətdir ki, o, “kişi” olmaq istəyir. Əri onu atıb gedib, amma yardım edəcəyinə söz verib. Bir müddət sonra uşaqları da bu durumdan xəbərdar olublar.

Hazırda ana Kori özünə kişi adı Eriki götürüb və ilk növbədə sinə kiçiltməsi əməliyyatına girmək istəyir: “Mənim möhtəşəm ailəm var. Onlar məni anlayırlar. Sanki heç nə baş verməyib, həyatımız öz yolunda davam edir. Və məhz indi ilk dəfədir ki, özümü həyatda doğru hiss edirəm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru