Trampın xanımı ilə münasibətləri korlanıb? - Video

6-02-2017, 08:26           

ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp ilə olan münasibətləri inaqurasiya mərasimindən bəri gündəmdədir.

Axar.az xəbər verir ki, Melaniya Trampın andiçmədəki üzgün görkəmi, Trampa olan süni gülüşləri çox müzakirə edilib.

Melaniya Tramp bütün söz-söhbətlərdən sonra hər kəsə cavab vermək üçün Florida əyalətindəki Palm Biç Beynəlxalq hava limanına gedərək təyyarədən enən Donald Trampı şəxsən qarşılayıb.

Bu dəfə başqa bir hadisə yaşanıb. Tramp kameraların çox uzaq olduğu anlarda həyat yoldaşının əlini tutub, kameranın düz qarşısına gəlincə onun əlini buraxaraq alqışa başlayıb. Melaniya Tramp yenidən prezidentin əlini tutmaq istəyərkən, Donald Tramp onun əlini iki əli arasına alaraq silkələyib və yenidən buraxıb.

Bədən dili mütəxəssisləri isə Trampın prezidentliyə uyğun biri kimi görünmək üçün belə addım atdığını bildiriblər. Bədən dili mütəxəssisi Patti Vud Trampın prezidentlik yarışına başladığı andan bəri xalqın önündə həyat yoldaşına qarşı daha istəkli davrandığına da diqqət çəkib.

Qeyd edək ki, Donald Tramp və Melaniya Tramp münasibətləri Donaldın prezidentlik kürsüsünü Barak Obamadan təhvil almaq üçün Ağ Evə gəldiyi gün təkbaşına yürüşə çıxması ilə müzakirələrə yol açıb, cütlüyün ayrılma ehtimalını da gündəmə gətirib.
[media=https://www.youtube.com/watch?v=dSpuOx1SU0U]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.