Britaniya deputatları Trampın parlamentdə çıxışını baykot edəcəklər

6-02-2017, 08:47           
Britaniya deputatları Trampın parlamentdə çıxışını baykot edəcəklər
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyaya səfəri zamanı ölkə parlamentində çıxış edərsə, yerli deputatlar tərəfindən baykot olunacaq.

Bunu leyborist Con Makdonnel deyib.

O, BBC radiosunun “Tramp parlamentdə çıxış edərsə, Leyboristlər Partiyası üzvlərinin yeri boş olacaqmı?” sualına, “təkcə leyboristlərin yeri deyil”, – deyə cavab verib.

“Mən onun etdiklərini rüsvayçılıq hesab edirəm. Bizlərdən əksəriyyəti düşünürdü ki, onun seçkiqabağı kampaniyasının şüarları sadəcə şüar idi, lakin indi o bunları həyata keçirməyə başlayıb. Düşünürəm ki, onun səfəri bir çoxları üçün təhqir olacaq”, – deyə Makdonnel bildirib.

(report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru