İstefada olan general:"Oğlum terrorçu ola bilməz"

6-02-2017, 08:53           
İstefada olan general:"Oğlum terrorçu ola bilməz"
"Al-Arabiya"ya müsahibəsində general Rza Hamahmi Parisdə yaralanmış 29 yaşlı oğlunu tamamilə təqsirsiz hesab edib və onu dəstəkləmək üçün dəlillərə malik olduğunu bildirib.

Strateq.az xəbər verir ki, istefada olan general oğlu Birləşmiş Ərəb Əmirliklərində, Şərcədəki konsaltinq şirkətində işləyir. General Rza Rifai Hamahminin sözlərinə görə, Abdulla Hamahmi Parisə işgüzar səfər edəcəyini və həftəsonu BƏƏ-yə dönəcəyini öncədən ona deyib.

General oğlunu müdafiə edərək bildirib ki, bir gün əvvəl Abdullah ona zəng edərək Luvr muzeyinə gedəcəyini və orada hədiyyə alacağı barədə məlumat verib.

Boyu cəmi 157 sm olan oğlunun 190 sm boya malik polis məmuruna hücum etməsini ağlasığmaz sanan ata ittihamla qəti şəkildə razılaşmır: "Luvra silah və ya metallar əşyalar keçirmək qeyri-mümkündür, çünki onun üç elektrik qapısı var".

Sabiq polis komissarı olan ata oğlunun ekstremist qrup üzvü ola bilməsini "möhtəkirlik" adlandırır və bildirir ki, "Tvitter" hesabındakı qeydlər yad əllə yazılıb.

Xatırladaq ki, Paris prokurorluğunun açıqlamasına görə, Abdullah Hamahmi Luvr muzeyininn yeraltı mağazasına daxil olarkən fransız əsgərinə hücum edib və bu zaman ona atəş açılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.