ABŞ tanklarını Estoniyaya yeritdi

6-02-2017, 19:30           
ABŞ tanklarını Estoniyaya yeritdi
ABŞ ordusuna məxsus ağır texnika Estoniyaya gətirilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı yayıb. Yeni gələn ağır texnika ABŞ ordusunun 68-ci alayının 1-ci bölüyünə məxsusdur. Rəsmi Tallin bölüyün şəxsi heyətinin ölkəyə keçən həftə gəldiyini bildirib. Bu qüvvələrin yaza qədər Estoniyada qalması nəzərdə tutulub.

Qeyd edək ki, yazda Estoniyaya NATO-nun beynəlxalq batalyonu yerləşdiriləcək. Tərkibi 1200 nəfərdən ibarət olacaq. Batalyonun 800 nəfərini Böyük Britaniya, qalanlarını isə Fransa və Danimarka hərbçiləri təşkil edəcək.

Dünən Amerika həmçinin Latviyaya da 250 hərbçi göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru