"İŞİD"in qoyub qaçdığı silahlar, tunellər... - FOTO

6-02-2017, 19:40           
"İŞİD"in qoyub qaçdığı silahlar, tunellər... - FOTO
FaktXəbər-in verdiyi məlumata görə, İraqın Mosul şəhərinin şərq hissəsindən yeni görünütülər yayılıb. "İŞİD" terrorçularından təmizlənən şəhərdə terror təşkilatının düşərgə kimi istifadə etdiyi məkandan çox sayda raket, yük maşını və tunellər aşkar olunub.

Qeyd edək ki, 2014-cü ilin iyul ayından İraqın ən böyük iki şəhərini təxminən 2,5 il nəzarətində saxlayan terror təşkilatı, Mosul sakinlərinə elektrik və qaz hesabları da göndərirmiş.

Ötən il 17 oktyabrda başlayan hərbi əməliyyatlardan sonra İraq ordusu "Peşmərgə" döyüşçüləri, "Həşdi Şabi" qüvvələri və sünni tayfalarından ibarət 100 minlik qüvvə ilə "İŞİD"i Mosulun şərqindən çıxarmağa müvəffəq olub.

Terror təşkilatı yanvarın sonunda Mosulun şərq hissəsinə nəzarəti tamamilə itirib, qərb hissəsi ilə bağlı əməliyyatlar isə tezliklə başlayacaq.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru