Tramp məhkəməyə verildi

6-02-2017, 23:31           
Tramp məhkəməyə verildi
100-ə yaxın şirkət, 2 ştat və 2 sabiq dövlət katibi prezident Donald Trampın 7 müsəlman ölkəsindən mühacirlərin ölkəyə girişini qadağan edən sərəncamı ilə bağlı məhkəməyə müraciət edib.

Sabiq dövlət katibləri-Con Kerri və Madelin Olbrayt da daxil edilməklə, bir qrup qabaqçıl demokrat məhkəmədən “düşünülməmiş, reallaşması çətin və izahı olmayan” sərəncamın qadağasını davam etdirməyə çağırıb.

“Biz düşünürük ki, sərəncan ölkənin təhlükəsizliyini təmin etmir, əksinə milli təhlükəsizliyə hədə törədir”- deyə müraciətdə bildirilir.

Apple, Facebook, Google, Microsoft and Twitter kimi nəhəng şirkətlər də buna dəstək veriblər.

ABŞ-ın Apellyasiya Məhkəməsi Ədliyyə Nazirliyinin Federal Məhkəmənin prezident Donald Trampın mühacirət fərmanını müvəqqəti dayandırması ilə bağlı hökmündən verdiyi şikayəti təmin etməyib.

Məhkəmə kimin ölkədə qala və ölkəyə buraxılmasına dair əlavə dəlillər hazırlanmasını tələb edib.

Ədliyyə Nazirliyi apellyasiya verdikdən sonra prezident Trump adminstrasiyasının qələbəsinə əminliyini ifadə etmişdi.

Tramp Tvitter hesabında
Tramp Tvitter hesabında fərmanının icrasını dayandıran hakim Ceyms Robartı “hakim deyilən şəxs”, onun qərarını isə “gülünc” adlandırıb.

Trampın sərəncamının əleyhinə olan Vaşinqton ştatının baş prokuroru Bob Ferquson deyib ki, sərəncamın dayandırılması qərarı ABŞ Konstitusiyasına uyğundur və hətta prezident belə qanundan yüksəkdə dayana bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru