Keçmiş SSRİ-dən qalmış sonuncu nüvə raket bazası sökülür –Latviyada

6-02-2017, 23:33           
Keçmiş SSRİ-dən qalmış sonuncu nüvə raket bazası sökülür –Latviyada
Latviyada keçmiş SSRİ-dən qalmış sonuncu nüvə raket bazasının sökülməsinə başlanılıb.

Bu barədə TASS-a söküntü işlərinin aparan “Demontaza.lv” şirkətindən bildirilib.

“Söküntü işlər yarım il sürəcək və 32 metr dərinliyində olan şaxtanın yeri düz olacaq" – şirkətin direktoru Martınış Malniekes deyib.

M.Malniekesin sözlərinə görə, şaxta 1982-ci ildə tikilib: “Biz ölçmüşük, orada şüalanma yoxdur.”

Ümumiyyətlə, “Dvina P-12” raket-şaxta kompleksi ölkənin Qulbene şəhəri yaxınlığında yerləşir və biri komanda mərkəzi olmaqla kompleksin 4 şaxtadan ibarətdir. Nüvə obyektinin sökülməsinin smeta xərci 189,9 min avrodur. Söküntü işlərinin sifarişçisi isə Latviyanın Müdafiə Nazirliyidir.

Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru