Kreml Lukaşenkonu devirmək istəyir, Belarusu isə... - Piontkovski

7-02-2017, 09:58           
Kreml Lukaşenkonu devirmək istəyir, Belarusu isə... - Piontkovski
Belarus Prezidenti Aleksandr Lukaşenko postsovet məkanında ən müdrik siyasətçilərdən biridir.

Axar.az xəbər verir ki, bunu “Ruskiy Monitor” saytına müsahibəsində rusiyalı politoloq Andrey Piontkovski söyləyib. O, Lukaşenkonun 20 ildir ki, Rusiya hökumətinin Belarusu zəbt edib, Moskvanın subyektlərindən birinə çevirməsinə uğurla müqavimət göstərdiyini bildirib:

“Moskva çox yaxşı anlayır ki, 1994-cü ildə Lukaşenkonu Belarusun başına gətirməklə hansı böyük səhvə yol verib. Lukaşenko hakimiyyətə gəldiyi ilk gündən müqavimət göstərir və öz hakimiyyətini qorumaqla yanaşı, ölkəsinin müstəqilliyini də müdafiə edir. O, buraxdığı bütün səhvlərinə rəğmən, tarix dərsliklərinə Belarusun müstəqilliyinin atası kimi daxil olacaq. Lukaşenko özü qəsdən Moskva ilə konfliktə getdi və bunu ictimailəşdirdi. 7 saatlıq konfransı zamanı o göstərdi ki, söhbət yalnız qaz, neft, avokado və ya mal ətindən getmir. Burada əsas mövzu ölkənin müstəqilliyidir. Əgər Lukaşenko belə etməsəydi, o zaman böyük ehtimalla Moskva Rusiya-Belarus hərbi təlimi zamanı gizli dövlət çevrilişi edəcəkdi. İndi isə prezident açıq şəkildə bütün dünyaya bəyan etdi ki, ölkənin suverenliyinə Rusiya təhdid yaradır və o, bu müstəqilliyi müdafiə edəcək”.

Politoloq Lukaşenkonun çıxışının Moskvanın Belarusa qarşı əməliyyatını çətinləşdirdiyini bildirib:

“Sərhədin bağlanması siyasi gərginliyin artırılması üçün düşünülmüş addımdır. Bununla da Moskva qardaş Belarusun düşmənə çevrilə biləcəyi ilə bağlı ictimai fikir yaratmaq istəyir. Belə bir şey Ukraynada sınaqdan çıxarılmışdı. Bizim təbliğatımıza diqqət yetirin. Bu gün açıq-aşkar antilukaşenko, antibelarus xarakterli təbliğat həyata keçirilir. Moskva Lukaşenkonun devrilməsi və Belarusun Rusiyaya birləşdirilməsi planından əl çəkən deyil. Belarusun işğalı ilə bağlı plan hələ eks-prezident Boris Yeltsinin dövründə hazırlanmışdı. Artıq Lukaşenkonu səssizcə yox etmək alınmayacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.