İŞİD-in neft gəlirləri iki dəfə azalıb

7-02-2017, 10:23           
İŞİD-in neft gəlirləri iki dəfə azalıb
Ötən il İŞİD terrorçularının neftdən əldə etdikləri qazanc demək olar ki, iki dəfə azalıb.
“Report” xəbər verir ki, bu barədə BMT baş katibinin İŞİD təhlükəsinə həsr olunmuş sayca dördüncü hesabatında bildirilir.
BMT-nin İraqa yardım göstərilməsi missiyasının hesabatda qeyd olunan məlumatlarına görə, İŞİD, əsasən Deyr-əz-Zor mühafəzəsindəki (Suriya) yataqlardan çıxarılan neftin qanunsuz satışından 2015-ci ilin 500 milyon dollarına nisbətdə təqribən 260 mln. dollar qazanıb.
Terrorçular, həmçinin adam oğurluğu və insan alveri, qədim abidələrin talan edilməsi, xarici ianələr, elektrik enerjisi və kənd təsərrüfatı məhsullarının satışından vəsait əldə edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru