İsrail Fələstində yaşayış məskənlərinin leqallaşdırılmasına dairqanun qəbul edib

7-02-2017, 10:26           

srail parlamenti işğal olunmuş İordan çayının qərb sahilində qeyri-qanuni inşa edilmiş 4 minədək evin leqallaşdırılmasına dair qanun qəbul edib.

Qanun layihəsinin lehinə 60, əleyhinə 52 deputat səs verib.

Sənədə əsasən, bundan əvvəl torpaqlara sahib olan fələstinlilərə kompensasiya kimi pul və yaxud digər torpaq sahələri ayırılacaq. Qanun cəmiyyətdə birmənalı qarşılanmayıb və çox güman ki, məhkəmə mübahisəsinə səbəb olacaq. Belə ki, İsrailin baş prokuroru Avixay Mandelbit qətnaməni qeyri-konstitusion adlandırıb, onu Ali Məhkəmədə müdafiə etməyəcəyini bəyan edib.

Qeyd edək ki, bundan əvvəl İsrail hökuməti İordan çayının qərb sahilində 2 500 ev tikmək niyyətində olduğunu təsdiqləyib. 2016-cı ilin dekabrın 23-də BMT TŞ İsraildən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoymasını tələb edən qətnamə qəbul edib. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru