Xristian dünyasında böyük qalmaqal: Minlərlə rahib on illərlə bu rəzilliyə imza atıb – Qorxunc hesabat

7-02-2017, 13:05           

Avstraliyanın ən yüksək istintaq qurumunun hazırladığı hesabata görə, minlərlə şikayətçi rahiblər tərəfindən təcavüzə uğradığını deyir.
Avropa.info xəbər verir ki, təcavüzə məruz qalan uşaqlar arasında orta yaş həddi qızlarda 10,5, oğlanlarda isə 11,5 yaşdır.
Keçən il Oskar mükafatına layiq görülən əfsanəvi “Spotlight” filmi ilə dünyanın gündəminə düşən təcavüzkar rahib qalmaqalı bu dəfə Avstraliyada gündəmə gəlib.
Avstraliyada uşaqlara qarşı cinsi təcavüz iddialarını araşdıran Kral Komissiyasının şahid olaraq dinlədiyi minlərlə insan on illərlə katolik rahiblər tərəfindən təcavüzə uğradıqlarını söyləyiblər.
Zərər çəkənləri dinləyən Komissiyanın açıqladığı statistikalara görə, ölkənin katolik rahiblərinin 7%-i 1950-2010-cu illər ərzində uşaqlara təcavüz etməkdə ittiham olunurlar. Katolik kilsəsinə aid bir təriqətdə bu nisbətin 40%-ə çatdığı bildirilir.
Komissiyanın şikayətçi qismində dinlədiyi 4500 nəfər 1980-2015-ci illər arasında təcavüz qurbanı olduqlarını deyiblər.
Avstraliyanın ən yüksək istintaq qurumu olan Komissiya dini təşkilatlardan başqa təşkilatları da təcavüz məsələsi ilə bağlı araşdırır.
Din adamlarının təcavüzə uğrayan çoxlu sayda qurbanını dinləyən Komissiya, bu günə qədər yığdığı statistikanı bazar ertəsi günü açıqlayıb. Komissiyada çalışan vəkillərdən Gail Furness zərərçəkənlərin hekayələrinin bir-birinə bənzədiyini deyib.
“Uşaqlar yox sayılıb. Ən pisi isə odur ki, uşaqlar cəzalandırılıb. İddialar araşdırılmadan qalıb. Rahiblər və ya digər din adamları (bölgələrə) təyin edilib. Amma təyin edildikləri yerlərdə rahibin keçmişi ilə bağlı məlumat olmayıb”
“Boston Globe” qəzetinin üzə çıxardığı və “Spotlight” filmində rəvayət olunan qalmaqalda da, təcavüzkar rahiblər cəzadan xilas olmaq üçün başqa şəhərlərə təyinat alırdılar.
Furness 1980-2015-ci illər ərzində Avstraliya üzrə mindən çox Katolik təşkilatında 4444 uşağın cinsi istismara məruz qaldığını bildirib.
Kral Komissiyası 1950-ci ildən bu yana 10 dini təşkilata qarşı təcavüz iddialarının sayını da açıqlayıb.
Məlumatlara görə dörd dini qurumun üzvlərinin 20%-dən çoxu təcavüz ittihamı ilə qarşı-qarşıya qalıb.
2013-ci ildə qurulan Komissiya Avstraliyada məktəblər, idman klubları və dini təşkilatlar da daxil olduğu bir çox qurum haqqında cinsi və fiziki təcavüz ittihamlarını araşdırır.
Furness təcavüzə uğrayan qurbanların 60%-nin dini təşkilatları günahlandırdığını və bu rəqəmin üçdə ikisinin də Katolik Kilsəsi ilə bağlı olduğunu deyib.
İstintaqda Katolik Kilsəsini təmsil edən Fransis Sullivan məlumatların kilsənin uşaqları qorumaq mövzusunda böyük dərəcədə uğursuz olduğunu göstərdiyini söyləyib.
“Bu rəqəmlər şok edici, faciəli və müdafiə edilə bilməz rəqəmlərdir. Katoliklər olaraq başımızı utancla aşağı əyirik.”
Vatikan istintaq məsələsini yaxından təqib edir. Avstraliyanın ən qocaman Katolik Kilsəsi səlahiyyətlisi Kardinal Corc Pell istintaq çərçivəsində bəzi dinləmələrdə şahidlik edib.
Komissiyanın yekun hesabatının bu ilin sonunda nümayiş olunması gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.