İraqın baş naziri:"Qondarma xəlifənin gizləndiyi yeri tapmışıq"

7-02-2017, 17:57           
İraqın baş naziri:"Qondarma xəlifənin gizləndiyi yeri tapmışıq"
İraqın baş naziri İŞİD lideri Adnan əl-Bağdadinin saxlandığı yerin təsbit edildiyini və hava hücumları nəticəsində bir çox məsləhətçisinin öldürülməsi ilə onun tək qaldığını açıqlayıb.

Strateq.az xəbər verir ki, Fransanın "France 24" televiziyasına müsahibəsində Heydər İbadi İŞİD-in hərbi onurğasının sındırıldığını bildirib.

"İslam Dövlətinin xəlifəsi"nin gizləndiyi yerin müəyyən edildiyini söyləyən baş nazir ətraflı məlumat verməkdən çəkinib.

İraq baş naziri ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a girişini qadağan etməsini tənqid edərək deyib: "Heç bir ölkə digər millətləri kiçiltmə haqqına sahib deyil".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru