Kişinyov beynəlxlaq hava limanında 1 milyonluq terror — ŞOK İDDİA

8-02-2017, 00:14           
Moldovanın paytaxtı Kişinyovda beynəlxlaq hava limanında terror həyəcanı yaşanıb.

Ölkə.Az xəbər verir ki, bu gün aeroportda xidmət göstərən sərhəd polislərinə naməlum elektron poçtdan hava limanında mina olması barədə məlumat daxil olub.

“Bu gün səhər saatlarında elektron poçta aeroport ərazisində mina basdırıldğı bildirilib. Naməlum şəxs minalanmış ərazinin göstərilməsi müqabilində pul tələb edib. Bu səbəbdən də, ərazidəki insanlar təxliyyə olunub. Təyyərələrin uçuş qrafiklərində yubanmalar var”, - deyə polisdən məlumat verilib.

Məlumat daxil olan kimi aeroportun işçi heyəti və sərnişinlər evakuasiya olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşları bomba xəbərdarlığını edən şəxslə bağlı axtarışlara başlayıb.

Naməlum şəxs sonradan polislə bir daha əlaqə saxlayaraq.

Minalanmış sahənin göstərilməsi müqabilində bir milyon dollar təlbə edib. Polis həmin şəxsin yerini müəyyən etməyə çalışır. Məlumatın həqiqət olacağından ehtiyat edən aeroport rəhbərliyi ərazini tamamilə boşaldıb. Hazırda ərazidə minaaxtaranlar və xilasedicilər çalışırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.