Rusiyada qubernatorların kütləvi istefalarının səbəbi bəlli oldu
8-02-2017, 08:42

Rusiyada qubernatorların istefa vermələrinin səbəbi bəlli olub.
Axar.az xəbər verir ki, rusiyalı politoloqlar bu addımın öncədən planlaşdırıldığını və Kremldə gənc, perspektivli gənclərin qubernator vəzifələrinə təyin ediləcəyini bildiriblər.
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da məsələ ilə bağlı açıqlamasında kadr ehtiyatının və peşəkar gənclərin kifayət qədər olduğunu vurğulayıb.
Qeyd edək ki, dünən “Vedomosti” qəzeti Kremlə yaxın mənbəyə istinadla istefa verəcək qubernatorların Aleksandr Xudilaynen (Kareliya), Oleq Kovalyev (Ryazan), Yevgeni Kuyvaşev (Sverdlovsk), Sergey Mitin (Novqorod), Pavel Konkov (İvanovsk), həmçinin Perm vilayətinin qubernatoru Viktor Basargin və Buryatiyanın rəhbəri Vyaçeslav Noqovitsının olacağını xəbər vermişdi. Həmin məlumatdan sonra Perm vilayətinin qubernatoru Viktor Basargin istefa ərizəsini Prezident Vladimir Putinə təqdim edib və qubernator səlahiyyətlərinin müvəqqəti icrası Maksim Reşetnikova tapşırılıb. Ötən gün də Buryatiya Respublikasının qubernatoru Vyaçeslav Naqovits istefa verib.