SKANDAL: BİRİNCİ XANIM 150 MİLYON TƏZMİNAT İSTƏYİR - “FAHİŞƏLİK” XƏBƏRİNƏ GÖRƏ

8-02-2017, 09:31           

ABŞ-ın birinci xanımı Melaniya Tramp “The Daily Mail” nəşrini məhkəməyə verib
teref.az yazır ki, herxeber.com “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, mübahisəyə səbəb 2016-cı ilin yayında saytın qəzetində prezident xanımının əvvəllər fahişəliklə məşğul olduğuna dair məqalənin dərc olunmağıdır.

M. Tramp qəzeti ilk dəfə 2016-cı ilin sentyabrında məhkəməyə versə də, Merilend məhkəməsi xarici şirkətlərin qarışdığı işlərə baxmadığını bildirərək onun müraciətini ləğv etmişdi.

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı bu dəfə məsələnin həlli üçün başqa yola əl ataraq sənədləri Nyu-York məhkəməsinə təqdim edib.

Qeyd olunur ki, Melaniya Trampa vurulan mənəvi ziyanın dəyəri 150 milyon dollar qiymətləndirilir.



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.