Ukrayna daha bir terrorçunu məhv etdi – İkinci qisas

8-02-2017, 11:46           

“Qivi” ləqəbli məşhur terrorçu Mixail Tolstıx terakt nəticəsində məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı qondarma Donetsk Xalq Respublikasının Müdafiə Nazirliyi yayıb. Separatçı rejim ona qarşı teraktın saat 06:12-də törədildiyini bildirib.

Qeyd edək ki, “Qivi” Donbas savaşının əsas iştirakçılarından biridir. O, “Somali” batalyonunun rəhbəridir. Qivi 2015-ci ildə Avropa Birliyinin qara siyahısına daxil edilib. Ukrayna onu beynəlxalq axtarışa verib. Bundan öncə onun yaralandığı haqqında məlumat yayılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru