Qəbristanlıqda “Quran” oxuduğuna görə güllələndi

8-02-2017, 21:55           

Dağıstanın Talqi qəsəbəsində 63 yaşlı Camalidin Rəhimov güllələnib.

PRESSDAY.az Rusiya mediasına istinadən bildirir ki, onun meyiti 4güllə yarası ilə avtomobilində aşkarlanıb.

Kişi qəbristanlıqda dünyasını dəyişənlərin qəbirləri üstə “Quran” oxumaqla çörək pulu qazanırmış.

Radikal islamçılar bunu qəbul etmir və hesab edirlər ki, ölümdən sonra dua etmək dünyasının dəyişənə gömək etməyəcək.

İstintaqın versiyasına görə, 63 yaşlı kişini ona görə güllələyiblər ki, o, dünyasını dəyişmiş yaxınların qəbirləri üstündə “Quran” oxuyur.

Radikal əhval-ruhiyyəli qruplaşma hesab edir ki, peyğəmbərin dövründə belə olmayıb. “Quranı” məzar üstündə oxunmayıb.

Rəhimovun həyat yoldaşının sözlərinə görə, dəfələrlə ona zəng ediblər, bu adətini tərgitməyini tələb ediblər, əks təqdirdə öldürüləcəyi ilə hədələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru