Senatorlar Trampın «əl-qolunu» bağlayır – Sanksiyaların ləğvi çətinləşəcək

8-02-2017, 23:52           
Senatorlar Trampın «əl-qolunu» bağlayır – Sanksiyaların ləğvi çətinləşəcək
Respublikaçı Lindsi Qrem, demokrat Ben Kardin başda olmaqla 6 amerikalı senator Senata yeni qanun layihəsi təqdim etməyə hazırlaşır.

CNN-in məlumatına görə, sənəd konqresmenlərin prezident administrasiyası üzərində nəzarətini gücləndirməyi, həmçinin Rusiyaya qarşı sanksiyaların ləğvinə mane olmağı nəzərdə tutur.

Qanun Ağ Ev qarşısına öhdəlik qoyacaq. Bu öhdəliyə əsasən, Ağ Ev Rusiyaya qarşı sanksiyaları niyə ləğv etdiyini əsaslandıran ətraflı hesabat hazırlayıb Konqresə təqdim etməlidir.

Konqres də 120 gün ərzində qərarın lehinə və ya əleyhinə səs verməlidir.

Sənədin hazırlanmasında Senatın Xarici Əlaqələr Komitəsinin üzvü Marko Rubio, demokrat Kler MakKeskill, Şerror Braun və respublikaçı Con Makkeyn iştirak edib.

Qeyd edək ki, Krım probleminə və kiberhücumlara baxmayaraq, Tramp administrasiyası Vaşinqtonla Moskva arasında dimplomatik əlaqələrin bərpasına çalışır.

Senatorlar isə hesab edirlər ki, bu qanun sanksiyaların vaxtından əvvəl ləğvinin qarşısını alacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.