İsrail ordusu Misir ərazisindən buraxılan raketləri vurub

9-02-2017, 09:04           
İsrail ordusu Misir ərazisindən buraxılan raketləri vurub
Misir ərazisindən Eylat şəhərinə buraxılan üç raket İsrail ordusunun “Dəmir Günbəz” havadan müdafiə sistemi tərəfindən vurulub.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, raketlər İsrail ərazisinə Sinay yarımadasından buraxılıb. Məlumata əsasən, partlayışlar Eylatda hiss olunub. İnsident nəticəsində zərərçəkən olmayıb. Hadisə ilə əlaqədar Eylat meriyasında təcili yığıncaq keçirilib.

İnsidentə görə məsuliyyəti İŞİD-in Misirdəki özəyi öz üzərinə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru