ABŞ-da zavod partladı — ölənlər və yaralılar var

9-02-2017, 09:25           

Hadisə bu gün səhər saatlarında Boreqard şəhərində zavodda baş verib. Yerli mətbuatın verdiyi məlumata görə, hadisə "Packaging Corporation of America" şirkətinin qablaşdırma materiallarının istehsalı ilə məşğul olan zavodda baş verib.

Partlayışdan sonra güclü yanğın olub. Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və polis cəlb olunub. Əraziyə giriş-çıxış qadağan edilib.

Hadisə zamanı çoxlu sayda insanın xəsarət aldığı bildirilib. Əraziyə nəzarət edən polis rəisinin sözlərinə görə, hələlik yaralıların dəqqi sayı məlum deyil.

“Hadsə zamanı çoxlu insan yaralanıb. Yaralılardan 3 nəfər ölüb. Bir neçəsinin də vəziyyəti çox ağırdır”, - deyə polisdən açıqlama verilib.

Partlayışın səbəbləri barədə rəsmi məlumat verilməyib.
Faktla bağlı araşdırmalara başlanılıb.ölkə.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru