Ermənistanın Belarusdakı səfiri geri çağırılmağını düzgün hesab etmir

9-02-2017, 09:33           

Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryan, Minskin Dağlıq Qarabağa qanunsuz səfər edən blogger Aleksandr Lapşinlə bağlı tutduğu mövqeyə baxmayaraq, səfirin bu ölkədən demarş olaraq geri çağırılmasını, həmçinin bu kimi addımları düzgün hesab etmir.

teref.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın Belarusdakı səfiri “Azadlıq” radiosunun erməni bürosuna açıqlamasında bildirib.

“Biz diplomatik münasibətləri saxlamalıyıq, çünki bir sıra beynəlxalq təşkilatlarda birgə hərəkət edirik, biz bu vəziyyətdən daha yaxşı çıxış yolu tapmağa çalışmalıyıq”, - deyə Armen Xaçatryan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru