Şalvarını isladan kişi sosial şəbəkə qəhrəmanına çevrildi
20-04-2017, 21:05

Kiçik qızı Valerinin bağçada şalvarını islatdığı üçün gülüş hədəfinə çevrilməsinin ardınca öz şalvarını isladan amerikalı Ben Sovards, Twitter istifadəçilərinin sevimlisinə çevrilib.
AFN bildirir ki, bu gülməli, lakin eyni zamanda tərbiyəvi jest barədə The İndependent nəşri məlumat verib. Kişinin bu addımı mikrobloqerləri vəcdə gətirib.
Sovards söyləyib ki, qızı uşaq bağçasında bilmədən şalvarını isladıb və bundan çox halı pisləşib. Atası onun ardınca gələndə qızının ağladığını, onun göz yaşları içində olduğunu görüb. Onu bu vəziyyətdə görən Sovardsın sözün həqiqi mənasında ürəyi sıxılıb.
Qızının könlünü almaq, onu necə bu vəziyyətdən çıxarmağı düşünən ata, şalvarının üzərinə su sıçradıb və Valeridən şalvarının islandığını görməsinlər deyə, çantasını onunla bölüşməyi xahiş edib. Atasının da şalvarının islandığını görən kiçik qız, gülməkdən uğunub və onlar birlikdə uşaq bağçasını tərk ediblər.
Valerinin bacısı Mashable söyləyib ki, bacısı elə güman ki, atası da onun vəziyyətinə düşüb. Atası bu addımı ilə sıxıntılı vəziyyətlərə düşən adamlara necə kömək etməyi öyrədib.
Valideynin bu jesti sosial şəbəkə istifadəçiləri tərəfindən heyranlıqla qarşılanıb. Sovardsın fotolarına şərh yazan istifadəçilər, onu qəhrəman adlandırıblar. “O, ən gözəl insanlardan biridir”,- istifadəçi xanımlardan biri belə yazıb. Bəziləri isə kişini – savadlı tərbiyəçi adlandırıblar.
Sən demə, heç də səhv etməyiblərmiş, aydın ki, Sovards 11 uşağın tərbiyəsi ilə məşğul olurmuş. Onlardan yeddisi doğma, dördü isə sığınacaqdan övladlığa götürdüyü uşaqlardır.


