Rumıniyanın Retezat milli parkı ərazisində yerləşən dağlarda qar uçqunu baş verib. “Report” “Associated Press”ə istinadən xəbər verir ki, nəticədə 13 və 14 yaşlarında iki yeniyetmənin meyiti tapılıb. Onlar qarın altından çıxarılıblar. Xizəkçilərdən ibarət qrupun digər 3 üzvü zərər çəkməyib.