Meksikada narkomafiya başçısının qətlindən sonra kütləvi iğtişaşlar başlayıb

23-04-2017, 08:56           
Meksikada narkomafiya başçısının qətlindən sonra kütləvi iğtişaşlar başlayıb
Meksikanın Tamaulipas ştatının Reynosa şəhərində “Körfəz” narkomafiyasının başçısı Xulian Loysa Salinasın qətlindən sonra kütləvi iğtişaşlar başlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Komandante Öküz” ləqəbli narkomafiya başçısı Xulian Loysa Salinas ötən gün səhər saatlarında Reynosa şəhərində hərbçilər tərəfindən öldürülüb.

Salinas Tamaulipasda axtarışda olan ən təhlükəli cinayətkarlardan biri hesab edilib.

Şəhərdə iğtişaşlar zamanı onlarla avtobus və minik avtomobilləri, ticarət obyektləri, bir neçə bina yandırılıb, yollarda hərəkət bloklanıb. DİN vətəndaşları bir müddət Reynosa şəhərinə səfər etməməyə çağırıb.

ABŞ-la həmsərhəd Tamaulipas ştatında narkotik vasitələrinin tədarük marşrutlarının nəzarətə alınması uğrunda ölkənin ən iri “Los Setas” və “Körfəz” narkomafiyaları arasında mütəmadi olaraq şiddətli qarşıdurmalar baş verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru